Mövsümöncəsi ilk testlər: Ümumi statistika

Barselonada mövsümöncəsi ilk testlər başa çatıb. Çətin hava şəraiti komandalara nəzərdə tutduqları test proqramını yerinə yetirməyə imkan verməyib. Bununla belə, kifayət qədər məsafə qət etmək mümkün olub və komandaların əlində müəyyən məlumatlar var.

F-1.az bildirir ki, sürücülər arasında qət edilən məsafəyə görə lider Pyer Qasli olub – fransız sürücü Honda motoru ilə 229 dövrə vurub. Keçənilki ilk testlərdə isə Valtteri Bottas 324 dövrə vurmuşdu. Qaslinin bu nəticəsi Toro Rosso-nu da lider edib. Buna baxmayaraq, Honda motorlar arasında gedilən məsafəyə görə sonuncu yerdədir. Bunun da səbəbi məlumdur –  yaponlar ancaq bir komandanı motorla təchiz edirlər.

Ən sürətli dövrələrə nəzər salaq:

Yer N Sürücü Komanda Motor Zaman Fərq Təkər
1 44 Lyuis Həmilton Mercedes AMG Mercedes 1:19.333 Medium
2 5 Sebastyan Fettel Ferrari Ferrari 1:19.673 + 0:00.340 Soft
3 2 Stoffel Vandorn McLaren Renault 1:19.854 + 0:00.521 HyperSoft
4 77 Valtteri Bottas Mercedes AMG Mercedes 1:19.976 + 0:00.643 Medium
5 3 Daniel Rikkardo Red Bull Renault 1:20.179 + 0:00.846 Medium
6 20 Kevin Maqnussen Haas Ferrari 1:20.317 + 0:00.984 SuperSoft
7 33 Maks Ferstappen Red Bull Renault 1:20.326 + 0:00.993 Medium
8 7 Kimi Rəykkönen Ferrari Ferrari 1:20.506 + 0:01.173 Soft
9 27 Niko Hülkenberq Renault Renault 1:20.547 + 0:01.214 Medium
10 14 Fernando Alonso McLaren Renault 1:20.929 + 0:01.596 SuperSoft
11 55 Karlos Sayns Renault Renault 1:20.940 + 0:01.607 Medium
12 18 Ləns Stroll Williams Mercedes 1:21.142 + 0:01.809 Soft
13 10 Pyer Qasli Toro Rosso Honda 1:21.318 + 0:01.985 Soft
14 40 Robert Kubitsa Williams Mercedes 1:21.495 + 0:02.162 Soft
15 35 Sergey Sirotkin Williams Mercedes 1:21.822 + 0:02.489 Soft
16 31 Esteban Okon Force İndia Mercedes 1:21.841 + 0:02.508 Soft
17 11 Serxio Peres Force İndia Mercedes 1:21.973 + 0:02.640 Soft
18 28 Brendon Hartli Toro Rosso Honda 1:22.371 + 0:03.038 Soft
19 8 Roman Qrojan Haas Ferrari 1:22.578 + 0:03.245 Soft
20 16 Şarl Lekler Sauber Ferrari 1:22.721 + 0:03.388 Soft
21 9 Markus Eriksson Sauber Ferrari 1:23.408 + 0:04.075 Soft
22 34 Nikita Mazepin Force İndia Mercedes 1:25.628 + 0:06.295 Medium

 

Komandaların qət etdiyi məsafələr:

Yer Komanda Dövrə sayı Kilomter
1 Toro Rosso 323 1503.565
2 Mercedes AMG 306 1424.430
3 Ferrari 298 1387.190
4 Sauber 283 1317.365
5 Williams 275 1280.125
6 Renault 273 1270.815
7 McLaren 260 1210.300
8 Red Bull 209 972.895
9 Haas F1 187 870.485
10 Force India 166 772.730

 

Motorlara görə qət edilən məsafələr:

Yer Motor Dövrə sayı Kilometr
1 Ferrari 768 3575.040
2 Mercedes 747 3477.285
3 Renault 742 3454.010
4 Honda 323 1503.565
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*