F-1.az xəbər verir ki, komandaların əksəriyyəti sürücülərin iş qrafikini rəsmən təsdiqləyiblər. Lakin qrafikə dəyişiklik edilə biləcəyi istisna deyil. Barselonada proqnozlar yağış vəd edir və bu, yeni yağış təkərlərinin sınaqdan keçirilməsi üçün yaxşı imkan yarada bilər.
Sabah səhər tezdən testlərdən əvvəl Force İndia və Toro Rosso komandaları yeni maşınlarını təqdim edəcəklər. Lakin onları ilk olaraq yalnız akkreditasiyadan keçən jurnalistlər görə biləcəklər. Tamaşaçılar tribunalara yerli vaxtla saat 8:30-dan etibarən buraxılacaqlar.
Williams və Renault komandaları hər bir test gününü sürücülər arasında bərabər bölüblər, yəni nahara qədər bir sürücü, nahardan sonra isə digər sürücü sükan arxasında işləyəcək. Yalnız ilk günün proqramını açıqlayan Mercedes komandasının da keçən il olduğu kimi, bu il də belə addım atacağı demək olar ki, məlumdur. Williams və Force İndia komandaları ehtiyat sürücülərin köməyindən də istifadə edəcəklər.
Bir daha xatırladaq ki, testlər hər gün səhər yerli vaxtla saat 9:00-da başlayacaq və 18:00-da başa çatacaq, günorta hamı birsaatlıq fasiləyə ayrılacaq. Test günlərində yağıntı ehtimalı yüksəkdir. Lakin bu baş verməsə, testlərin son günü yağış təkərlərin yoxlanması üçün tras süni sulanacaq.
Komanda/Tarix | 26 fevral | 27 fevral | 28 fevral | 1 mart |
Mercedes AMG | Valtteri Bottas
Lyuis Həmilton |
elan olunmayıb | elan olunmayıb | elan olunmayıb |
Ferrari | Kimi Rəykkönen | Sebastyan Fettel | Kimi Rəykkönen | Sebastyan Fettel |
Red Bull | Daniel Rikkardo | Maks Ferstappen | Daniel Rikkardo | Maks Ferstappen |
Force İndia | Nikita Mazepin | Esteban Okon | Serxio Peres | Nikolas Latifi |
Williams | Ləns Stroll
Sergey Sirotkin |
Sergey Sirotkin
Robert Kubitsa |
Ləns Stroll
Robert Kubitsa |
Sergey Sirotkin
Ləns Stroll |
McLaren | Fernando Alonso | Stoffel Vandorn | Fernando Alonso | Stoffel Vandorn |
Renault | Niko Hülkenberq
Karlos Sayns |
Karlos Sayns
Niko Hülkenberq |
Niko Hülkenberq
Karlos Sayns |
Karlos Sayns
Niko Hülkenberq |
Toro Rosso | Brendon Hartli | Pyer Qasli | Brendon Hartli | Pyer Qasli |
Haas | Roman Qrojan | Kevin Maqnussen | Roman Qrojan | Kevin Maqnussen |
Sauber | Markus Eriksson | Şarl Lekler | Markus Eriksson | Şarl Lekler |