F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, bu həftə də yağıntı gözlənilmir. İlk testlərdən fərqli olaraq, bu dəfə yağış təkərləri ilə testlər də planlaşdırılmır. Odur ki, komandaların mövsümə hazırlaşmaq üçün əla imkanları var. Maraqlıdır, bu dəfə ən çox məsafəni hansı komanda qət edəcək?
Mövsümöncəsi ikinci testlərə hava proqnozu
Barselonada hava ilk testlərdə olduğu kimi, əlverişli olacaq. Çərşənbə axşamından cümə gününə qədər temperaturun səhər saatlarında +9 dərəcədən +11 dərəcəyə qədər olacağı, gün ərzində isə +20 dərəcəyə qədər yüksələcəyi gözlənilir.