Mövsümöncəsi 1-ci testlər üçün komandaların iş qrafiki

Bu gün İspaniyanın Barselona şəhəri yaxınlığındakı Kataloniya trasında 2017-ci il mövsümünün ilk mövsümöncəsi testləri başlayacaq.

F-1.az xatırladır ki, bu il iki dördgünlük test seriyası nəzərdə tutulub. Reqlamentin ciddi dəyişdiyi bir vaxtda hər bir test sessiyasının dəyəri də artır, ona görə də komandalar hamısı testlərə qədər yeni maşınlarını təqdim edərək indi onları real şəraitdə yoxlamağa hazırdırlar.

Bir daha xatırladaq ki, testlər hər gün səhər yerli vaxtla saat 9:00-da başlayacaq və 18:00-da başa çatacaq, günorta hamı birsaatlıq fasiləyə ayrılacaq. Dörd gün ərzində Barselonada mülayim hava olmalıdır, testlərin son günü yağış təkərlərin yoxlanması üçün tras süni sulanacaq.

Cədvəldən də göründüyü kimi yalnız çempion kamanda hər bir test gününü sürücülər arasında bərabər bölüb, yəni nahara qədər bir sürücü, nahardan sonra isə digər sürücü sükan arxasında işləyəcək. Yalnız Force İndia komandası bir test gününü ehtiyat sürücüsü ilə keçirəcək – martın 1-də Alfonso Seliş çalışdığı üçün, sonuncu gün əsas sürücülər arasında bölünüb. Yalnız Haas komandasının sürücüləri ardıcıl iki gün tam test proqramı üzrə işləyəcəklər. Renault və Sauber komandalarında isə ilk iki günü sürücülər təklikdə, son iki günü isə birlikdə çalışacaqlar.

Komanda/Tarix 27 fevral 28 fevral 1 mart 2 mart
Mercedes AMG Valtteri Bottas

Lyuis Həmilton

Lyuis Həmilton

Valtteri Bottas

Valtteri Bottas

Lyuis Həmilton

Lyuis Həmilton

Valtteri Bottas

Red Bull Daniel Rikkardo Maks Ferstappen Daniel Rikkardo Maks Ferstappen
Ferrari Sebastyan Fettel Kimi Rəykkönen Sebastyan Fettel Kimi Rəykkönen
Force İndia Serxio Peres Esteban Okon Alfonso Seliş Serxio Peres

Esteban Okon

Williams Felipe Massa Ləns Stroll Felipe Massa Ləns Stroll
McLaren Fernando Alonso Stoffel Vandorn Fernando Alonso Stoffel Vandorn
Toro Rosso Karlos Sayns Daniil Kvyat elan olunmayıb elan olunmayıb
Haas Kevin Maqnussen Kevin Maqnussen Roman Qrojan Roman Qrojan
Renault Niko Hülkenberq Colion Palmer Niko Hülkenberq

Colion Palmer

Niko Hülkenberq

Colion Palmer

Sauber Markus Eriksson Antonio Covinatsi Markus Eriksson

Antonio Covinatsi

Markus Eriksson

Antonio Covinatsi

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*