Builki reqlament sürücülərə mövsümün gedişində səkkiz motordan istifadə etməyə imkan verir, amma doqquzuncu və ya sonrakı motorlar startda on yer itirməklə cərimə olunacaq. Rəsmi saytın jurnalistləri arxada qalmış 14 Qran Pridə sürücülərin istifadə etdikləri motorları sayıblar, amma onların qalan resurslarını dəqiqləşdirməyiblər.
Sinqapurda Nik Haydfeld birinci olaraq doqquzuncu motora keçib – sıralanma turundan sonra məlum olmuşdu ki, onun maşını reqlamentin icazə verdiyi həddən yüngüldür. Nik pit-leyndən start almalı olduğu üçün BMW Sauber fürsətdən sitifadə edərək motoru və ötürmələr qutusunu da əvəz etmişdilər.
Qalan sürücülər hələ icazə verilən səkkiz motoru işlədirlər. Səkkizinci motorlar Fettel və Kubitsanın maşınlarında çalışır, Uebber, Brawn GP, Ferrari, Force İndia, McLaren, Toyota və Williams sürücüləri yeddinci motordan yararlanırlar. Altı motor isə yalnız iki komandada – Renault və Toro Rosso-da işlədilib…