Motor reqlamenti rəsmən dondurulub

Dünənə qədər mühərrik istehsalçıları onların güclərini və səmərəliliyini artırmaq üzərində işləyə bilərdilər: bundan sonra FİA-da daxiliyanma mühərriki, turbin və MGU-H motor generatorunu qeydiyyatdan keçirmək tələb olunurdu.

F-1.az xəbər verir ki, martın 1-dən güc qurğusunun bu elementlərinin təkmilləşdirilməsi 2025-ci il mövsümünün sonuna kimi dondurulur, 2026-cı ildə isə yeni qaydalar qüvvəyə minəcək və Formula1 yeni nəsil mühərriklərə keçəcək.

Sentyabrın 1-dək istehsalçılar MGU-K motor generatorunu, akkumulyatoru və idarəetmə blokunu təkmilləşdirə biləcəklər. Bundan sonra güc qurğusunun səmərəliliyinə təsir edən hər hansı təkmilləşdirmə tam qadağan ediləcək.

Bu tarixdən yalnız etibarlılıq və ya təhlükəsizliklə bağlı problemlər yaranarsa, istehsalçılar FİA-nın nəzarəti altında mühərrikin əsas xüsusiyyətlərini dəyişməyən bəzi dəyişikliklər edə biləcəklər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*