MotoGP: Qətər mərhələsi ləğv edilib

Koronavirusun yayılması ilə əlaqəli kritik epidemioloji vəziyyət beynəlxalq idman təqviminə təsir göstərməkdə davam edir: Qətərdə MotoGP çempionatının ilk mərhələsi ləğv edilib.

F-1.az bildirir ki, bu həftəsonuna planlaşdırılan mövsümün ilk mərhələsi Losail avtodromunda başlamalı idi, lakin Qətər hökuməti İtaliya və Yaponiya vətəndaşlarının ölkəyə girişinə əlavə məhdudiyyətlər tətbiq edib.

Buna görə, bazar günü axşam FİM (Beynəlxalq Motosiklet Federasiyası) ən güclü və nüfuzlu MotoGP sinfi üçün Qətər Qran Prisinin ləğv olunduğunu elan etmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, daha aşağı Moto2 və Moto3 siniflərində mövsümün ilk yarışları baş tutacaq, çünki çempionatların iştirakçıları artıq Qətərdədirlər və dünən başlayan mövsümöncəsi testlərdə iştirak edirlər.

FİM-in bugünkü qərarının MotoGP mövsümünün növbəti mərhələlərinin (Tailand, ABŞ və ya Argentinada) ləğv edilməsi ilə nəticələnə biləcəyini istisna etmək olmaz – bunların hamısı mart və aprel aylarında keçirilməli olan mərhələlərdir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*