F-1.az bildirir ki, bu yarışlar müvafiq olaraq mayın sonunda və iyunun ilk həftəsində keçirilməli idi.
Mucello və Kataloniya traslarındakı yarışlar artıq MotoGP-nin əvvəlcədən təyin olunmuş vaxtda keçirilməsi mümkün olmayan altıncı və yeddinci mərhələləridir. Beləliklə, MotoGP-də mövsümün başlanğıcı Zaksenrinq trasında iyunun 21-də baş tutacaq Almaniya Qran Prisinə keçirilir.
Barselonada yarışla yanaşı, Xorxe Lorensonun Yamaha-da yarışa qayıtması da təxirə salınıb – ispaniyalı sürücü məhz bu brendlə titullarının üçünü də qazanmışdı. Amma Honda-da uğursuz bir neçə mövsümdən sonra keçən ilin sonunda sürücü karyerasını başa vurduğunu elan etmişdi. Bundan sonra Xorxe keçmiş komandasının test sürücüsü seçilmiş və “vayld kard” sistemi sayəsində (zavod komandalarına bəzi yarışlarda üçüncü motosikleti starta çıxarmağa imkan verir) Barselonada trasa qayıtmalı idi.