F-1.az bildirir ki, aprelin 19-a planlaşdırılan Argentina yarışı dünən təxirə salınan Amerika Qran Prisindən sonra mövsümün başlanğıcı olmalı idi. İndi isə çempionat mayın ilk həftəsonunda İspaniyanın Xeres trasında start almalı olacaq – ala biləcəkmi?
Ancaq bu dəfə Cənubi Amerikadakı yarış da təxirə salınıb – yarış təqvimin sonuna, yəni noyabrın 22-ə keçirilib. Həmin gün təqvimin orijinal versiyasında Valensiyada mövsümün son yarışı keçirilməli idi – ona görə də mövsüm noyabrın 29-da başa çatacaq. Bu isə o deməkdir ki, mövsümün sonunda çempionat iştirakçılarını çox sıx qrafik gözləyir – cəmi 7 həftə ərzində 6 yarış baş tutmalıdır.
Argentina Qran Prisinin təxirə salınmasından sonra Dünya Superbayk çempionatının təqvimində də dəyişikliklər barədə məlumat gəlib: İspaniya yarışı mart ayının sonundan oktyabrın sonuna təxirə salınıb və Fransız yarışı MotoGP-nin Araqon Qran Prisi ilə üst-üstə düşməməsi üçün sentyabrın son həftəsindən oktyabrın ilk həftəsonuna köçürülüb.