MotoGP: İspaniya Qran Prisi təxirə salınıb

Bu gün Beynəlxalq Motosiklet Federasiyası (FİM), komandaların assosiasiyası İRTA və promouterlər assosiasyiyası Dorna Sports İspaniya mərhələsinin təxirə salınması barədə birgə bəyanat yayıblar.

F-1.az bildirir ki, bəyanata əsasən, yarış koronavirus epidemiyası səbəbindən təxirə salınıb, mərhələ üçün yeni bir tarix açıqlanmayıb.

“Daim dəyişən hazırkı vəziyyətdə yeni yarışın tarixi təsdiq oluna bilməz. Biz ən azı yarışın keçirilməsinin təhlükəsizliyinə tam əmin olmalıyıq. Yenilənmiş təqvim ən qısa zamanda yayımlanacaq”, – MotoGP-nin rəsmi saytında yerləşdirilmiş sənəddə bildirilib.

Xeres yarışı MotoGP təqvimində beşinci təxirə salınan yarışdır, bundan sonra isə mayın 17-də keçirilməsi planlaşdırılan Fransa Qran Prisi gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*