F-1.az bildirir ki, təxirə salınmanın səbəbi əvvəlki mərhələlərdə olduğu kimidir: koronavirusun Avropa ölkələrində tüğyan etməsi. Daha əvvəl eyni xəstəlik səbəbiylə Qətər, Tailand, ABŞ, İspaniya və Argentinada motosiklet yarışları təxirə salınmışdı.
Çempionatın təşkilatçıları təqvimi yenidən düzəltməyə və yaxın gələcəkdə yenilənmiş versiyasını təqdim etməyə söz veriblər. Köhnə təqvimdə Fransadan sonra mayın 31-də Mucellodakı yarışdır, lakin çox güman ki, bu yarış da ləğv ediləcək və ya təxirə salınacaq.