F-1.az xatırladır ki, MotoGP çempionatı pandemiya səbəbindən başlaya bilməyib. Mərhələlərin bir hissəsi təxirə salınıb, ancaq mövsüm iyulun ortalarında Xeresdə cüt yarışla başlamaya bilər. Çempionatda mümkün qədər çox mərhələ keçirmək üçün MotoGP-nin rəhbərliyi yarışları yalnız Avropada noyabrın ortalarına qədər keçirməyə qərar verib. Bundan sonra yapon mərhələsini Moteqidə keçirmək iqlim səbəblərinə görə qeyri-mümkün olub.
Yaponiya Qran Prisi 1986-cı ildən bəri ilk dəfə MotoGP təqvimindən yox olacaq. Çempionat hələ ilin sonunda ABŞ, Argentina, Malayziya və Tailandda mərhələ keçirməyə ümid edir.