F-1.az bildirir ki, Barselona trasında keçirilən sərbəst yürüşlərdə Salom 12-ci döngədə motosikletinin idarəetməsini itirərək bariyerlərə çırpılıb.
Qəzadan sonra hadisə yerinə 2 tibbi avtomobil, 2 təcili tibbi yardım avtomobili gəlib. Qəza yerinə helikopter də göndərilib, amma xəstənin vəziyyəti pis olduğu üçün onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıblar. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq, təəssüf ki, Salom yerli vaxtla saat 16:55-də dünyasını dəyişib.
Qeyd edək ki, İspaniyalı sürücünün hələ 24 yaşı var idi. Salom 2012-ci və 2013-cü illərdə Moto3 seriyasında mübarizə aparıb və daha sonra Moto2-yə keçmişdi. Salom karyerasının son podiumunu bu ilin ilk yarışı olan Qətərdə qazanmışdı…
Xatırladaq ki, motosiklet yarışlarında sonuncu ölüm hadisəsi 2011-ci ildə qeydə alınmışdı. Marko Simonçelli MotoGP üzrə 2011-ci ilin Malayziya yarışında qəza edərək, dünyasını dəyişmişdi.
Moto2-də isə ilk və sonuncu ölüm 2010-cu ildə baş vermişdi. Şoya Tomizava Misano yarışında qəza edərək, dünyasını dəyişmişdi…
https://www.youtube.com/watch?v=tjgKZcsnQzM