Montsa trası təqvimdən çıxarıla bilər

İtaliyanın Montsa trası Formula1 təqvimindən çıxarıla bilər. Səbəb isə maliyyə problemidir...

F-1.az xəbər verir ki, Montsa trası Formula1 üçün yarış məbləğini ödəməkdə çətinlik çəkir. Formula1-in rəhbəri Berni Ekklstoun isə məbləğdə endirim etmək istəmir.

Keçənilki İtaliya QP-dən bəri tərəflər arasında danışıqlar davam etsə də, heç bir razılıq əldə edilməyib.

Amma İtaliya mətbuatında çıxan xəbərlərə görə, Montsa trası təqvimdən çıxarıla bilər.

La Gazzetta Dello Sport qəzeti xəbər verir ki, Ekklstoun və Montsa rəhbərliyi arasında gedən danışıqlar artıq dayanıb: “Bu Montsa trası üçün təhlükəlidir. İtaliya QP üçün İmola kimi alternativ traslar müzakirə edilir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*