F-1.az bildirir ki, Montsanın meri Dario Allevi İtaliya Qran Prisi üçün olan mövcud müqaviləni daha bir il – 2025-ci ilə qədər uzatdıqlarını açıqlayıb.
Dario Allevi: “Dünən mənə ACİ-nin rəhbəri Anjelo Stikki Damyanidən Montsadakı yarışın 6 sentybarda keçiriləcəyi barədə zəng gəldi. Pandemiyaya görə bəzi yarışlardan imtina edilib, lakin İtaliya Qran Prisi boş tribunalar önündə olsa belə, mütləq baş tutacaq. Formula1 ilə olan müqaviləni bir il də uzatmaq qərarına gəldik. Beləliklə, “Sürətin Məbədi” 2025-ci ilə qədər yarışa ev sahibliyi edəcək”.