Berni Ekklstoun builki yarış günlərində təşkilatçılarla razılaşsa da, bu günədək müqavilə bağlanmamışdı. Amma bu gün avtodromun mətbuat xidməti sosial şəbəkələrdə müqavilənin bütün şərtlərinin FOM-la razılaşdırıldığı barədə xəbər yayıb.
İtaliya avtoklubunun (ACİ) prezidenti Anjelo Stikki Damyani bildirib ki, “öhdəliklər təsdiqlənib: İtaliya Qran Prisi qarşıdakı 3 ildə Montsada qalacaq…”
F-1.az xatırladır ki, İtaliya Qran Prisi 1950-ci ildən Montsada bir il istisna olmaqla keçirilir – yalnız 1980-ci ildə milli mərhələni İmola qəbul edib.