F-1.az xəbər verir ki, bu gün səhər tezdən isə ACİ-nin prezidenti Anjelo Stikki Damyani bildirib ki, trasın FOM-la yeni yeddiillik müqaviləsi imzalanmağa yaxındır…
Anjelo Stikki Damyani: “Montsa avtodromu pis dövrləri arxada qoyub. Bu gün biz Ekklstounla yeni müqavilə imzalamağa yaxınıq və yeni müqavilə trasda Formula1 mərhələsini yeddi il keçirməyə imkan verəcək. İndi bizim vəzifəmiz trası dünyada ən gözəl və ən təhlükəsiz tras etməkdir.
Biz avtomobil klubu olaraq bir çox qurbanlar verdik ki, bu mübarizədə qalib gələk – indi hər şey arxadadır…”