Montsa və Spadakı yarışlar Honda üçün son müddətdir?

F-1.az xatırladır ki, Zek Braun verdiyi açıqlamada Honda-nın gözləntiləri qarşılamadığını demiş və yaxın müddətdə yeni qərarların veriləcəyini bildirmişdi. Motor tədarükçüsü dəyişəcəyi təqdirdə, qərar yeni bolidin hazırlanmasına qədər qəbul olunmalıdır.

As Diario-un əməkdaşları ehtimal edirlər ki, McLaren Belçika Qran Prisinə qədər gözləməyə hazırdır. Spa yarışı yay fasiləsindən dərhal sonra baş tutacaq. Honda-nın işləmək üçün kifayət qədər vaxtı olacaq. Əgər yenə də müsbət nəticə əldə edilməzsə, komanda Mercedes mühərriklərinə keçəcəyini elan edəcək.

Diario Sport isə yazır ki, Honda üçün 90 günlük müddət müəyyən edilib, bu da İtaliya Qran Prisinə qədər olan müddət deməkdir. Lakin mahiyyət dəyişmir – əgər motorun gücünə tələbatın çox olduğu bu iki trasda Honda özünü göstərə bilməsə, McLaren cəbhəsindən gurultulu açıqlamalar gözləmək olar.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*