Montsa trasını Mucello əvəz edəcək?

Formula1 üzrə İtaliya QP-ni artıq Montsanın əvəzinə Mucello trası qəbul edə bilər...

F-1.az xatırladır ki, Montsa trası uzun müddətdir ki, Formula1 rəhbərliyi ilə danışıqlar aparır, amma yeni müqavilə hələ də imzalanmayıb. Bunun da səbəbi tras rəhbərliyinin Ekklstounun istədiyi məbləği ödəmək istəməməsidir.

Berni Ekklstoun isə məbləğdə endirim etmək fikrində deyil, ona görə də artıq danışıqlar dayanıb və İtaliya QP-ni başqa trasların qəbul etmək imkanları müzakirə olunur.

İtaliyadan gələn xəbərlərə görə, FİA-nın müfəttişi Roland Bruynsereade Mucello trasını ziyarət edib və trasa birinci sinif (Grade 1) lisenziyası verib.

Xarici mətbuat bu xəbəri təsdiqləyib və əlavə ediblər ki, birinci sinif lisenziyalı traslar Formula1 və digər FİA yarışlarını qəbul edə bilirlər.

Eks Formula1 sürücüsü Mark Uebber Mucello trası barədə fikirlərini bildirib: “Abu Dabi trasında 1000 dövrə vurmaqdansa, Mucello trasında 10 dövrə vurmaq daha yaxşıdır”.

Qeyd edək ki, Mucello trası Ferrari-yə aiddir….

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*