Montsa da 2 yarış keçirmək həvəsindədir

İtaliyanın Autosprint nəşri yazır ki, avtodromun rəhbərliyi ardıcıl iki yarış təşkil etmək imkanlarını nəzərdən keçirir.

F-1.az sözügedən nəşrə istinadən bildirir ki, birinci yarışın sentyabrın 6-da, ikincisinin isə bir həftə sonra – sentyabrın 13-də keçirilməsi düşünülür. Söz yox ki, hər iki qran pri boş tribunalar önündə baş tutmalıdır. Qeyd edək ki, daha əvvəl Silverstoun, Şpilberq və Hunqarorinq traslarının rəhbərləri bu il 2 yarışa evə sahibliyi etməyə hazır olduqlarını bildirmişdilər.

Xatırladaq ki, İtaliya avtoklubunun (ACİ) prezidenti Anjelo Stikki Damyani ölkədə 2 yarışın keçirilmə ehtimalının olduğunu, lakin Montsanın hər ikisinə ev sahibliyi etməsinin mümkün olmadığını demişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*