F-1.az xatırladır ki, keçən mövsümdən etibarən bütün iştirakçılar üçün təcrübəsi olmayan pilotları mövsümdə ən azı iki cümə sərbəst yürüşünə dəvət etmələri məcburidir.
Xuan Pablo Montoya: “Mənə elə gəlir ki, komandalar üçüncü bolidi ayrı-ayrı yarışlara çıxara bilərlər. Onların kifayət qədər resursları və pulları var.
Qoy, məsələn, FİA “start düzümündə 22 boldi” qaydasını tətbiq etsin və komandalar hansı Qran Pridə iştiraklarını genişləndirəcəklərini özləri seçsinlər. Mövsüm ərzində hər komanda üç avtomobillə iki yarış keçirəcək.
Bu, gənc pilotlar üçün əlavə stimul olacaq, onlar özlərini sübut etmək imkanı əldə edəcəklər və rəqabətədavamlı komandalar rəqiblərindən əlavə xallar ala biləcəklər. Təsəvvür edin, məsələn, Monzada üç Ferrari maşını!”