F-1.az xatırladır ki, Alonso və Montoya 2001-ci ildə Formula1-də bir yerdə debüt etmişdilər, amma kolumbiyalı sürücü qalmaqallı şəxsiyyətinə görə 2006-cı ildə McLaren komandasından qovulmuşdu. Montoya o dövrdən etibarən gücünü oval traslarda sınamağa yollanmış və 2015-ci ildə İndyCar seriyasında 2-ci yeri tutmuşdu.
41 yaşlı sürücü Formula1-ə gəlməmişdən əvvəl 2000-ci ildə İndy500 yarışının da qalibi olmuşdu.
Xuan Pablo Montoya: “Fernandonun İndy500-də yarışması məni çox sevindirdi. Yarışda çətinlik çəkəcəyini gözləyirəm. Traffikdə olacaq və yarış bir az uzun çəkəcək. Buna hazır olmalıdır. Biz Fernando ilə eyni ildə idmana başladıq və o uzun illərdir ki, Formula1-də yarışmağa davam edir. İndy500-də azarkeşlərlə yaxın olmalısınız. Sizinlə şəkil çəkdirmək istəyən çoxlu insanlar olur və onları sevindirməlisiniz. İnanıram ki, Fernando təcrübəsi ilə doğru şeyləri edəcək və uğurlu nəticə qazanacaq”.