Mercedes-Benz şirkəti gələn il motorla təchiz edəcəyi Formula1 komandaları barədə bəyanatı Monsada verəcək. Şayiələrə görə, şirkət gələn ildən dörd komandanı motorla təchiz edəcək – McLaren, Brawn GP və Force İndia komandalarına Red Bull da qoşulacaq…
Norbert Hauq: “Hələlik mən heç bir komandanın adını çəkməyəcəm, hələlik bu məlumat məxfidir. Biz həqiqətən bir çox komandalarla danışıqlar aparmışıq.
Biz dörd komandanı motorla təchiz etmək barədə federasiyadan yazılı icazə almışıq, federasiya belə vəziyyətdə komək edəəck hər bir şirkəti dəstəkləyir. Çempionatda motor təchizatçısı elə də çox deyil, əlavə müştəri komandası götürmək üçün münasib resurs və logistika olmalıdır. İki il əvvəl biz də bunu edə bilməzdik, amma indi bizim gücümüz və resursumuz belə bir öhdəliyi üzərimizə götürməyə imkan verir.”
Əgər Monsada Red Bull-un Mercedes-Benz-lə müqaviləsi təsdiq olunarsa, onda tezliklə Williams komandası Renault motorlarına keçməsini elan edəcək…