Bu yaxınlarda Berni Ekklstoun jurnalistlərə Kanada Qran Prisinin təqvimə qayıtması barədə söyləmişdi, düzdür, səhərisi gün Monrealın meri Jerald Tremble demişdi ki, Ekklstounun təklif etdiyi şərtlər onu qane etmir. Bu gün isə Kanadada dərc olunan Globe and Mail qəzeti yeni müqavilənin müzakirəsinə həsr olunmuş məqalə dərc edib – müqavilə CVC və Ekklstoun üçün azgəlirli olsa da, yarışın təşkilatçıları üçün sərfəlidir…
Əvvəlki müqavilə traslar tərəfindən ödəmələrin 10% artımını nəzərdə tuturdu, amma Kanada üçün istisna edilə bilər. Şayiələrə görə, kanadalılar beşillik müqaviləyə razıdırlar və keçmiş öhdəliklərini də ödəməyə zəmanət verirlər.