Monrealda ilk döngədəki maneə qısaldılıb

Buna səbəb əvvəlki iki gün ərzində sürücülərdən gələn çoxsaylı şikayətlər olub.

F-1.az xəbər verir ki, sözügedən bariyer sürücülərin təhlükəsizlik zonasını kəsməsinin və ikinci döngədən sonra düz xətt üzrə trasa qayıtmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdu.

Cümə məşqlərində sürücülər onu keçməyin müxtəlif yollarını sınaqdan keçiriblər. Kimisi ikinci döngədə otluq vasitəsilə trasa qayıdıb, kimisi ikinci döngəyə çatmamış trasa girib. Hər halda, bu yolların heç biri sürücülərə uyğun gəlməyib və cümə günü yarış direktoru Nils Vittix ilə görüşdə onlar baryerin yenidən qurulması məsələsini qaldırıblar.

Bugünkü yarışdan əvvəl maneə bir qədər qısaldıdıb, bunun sayəsində dar keçid yaranıb ki, onun vasitəsilə asfaltda ikinci döngədən sonra trasa qismən qayıtmaq mümkün olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*