Monreal payızda yarış keçirmək ümidini itirmir

Əslində bugünlərdə baş tutmalı olan Kanada Qran Prisi koronavirusa görə apreldə təxirə salınmış, lakin ləğv edilməmişdi. Məhz buna görə də, təşkilatçılar yarışın keçiriləcəyinə hələ də ümid edirlər.

F-1.az xəbər verir ki, yarışın promouteri Fransua Dümontye müzakirələrin davam etdiyini bildirib: “Formula1, şəhər rəhbərliyi və hökumətlə birlikdə yarışın payızda keçirilməsi üçün danışıqlar aparırıq”.

Buna təsir edəcək ən böyük amil trasın da yerləşdiyi Kvebek əyalətinin rəhbərliyinin 31 avqusta qədər olan, böyük tədbirlərin keçirilməsini qadağan edən məhdudiyyəti uzadıb-uzatmayacağıdır. Hava şəraitini də nəzərə alsaq, oktyabrın ortalarının bu şimal ölkəsində yarışın keçirilməsi üçün son tarix olduğunu deyə bilərik…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*