MoneyGram Haas ilə əməkdaşlıqdan sonrakı dəyişikliklərdən bəhs edib

ABŞ-ın MoneyGram maliyyə şirkətinin icraçı direktoru Aleks Holms Haas komandası ilə yeni başlayan əməkdaşlıqlarından danışıb.

F-1.az xatırladır ki, MoneyGram şirkəti qarşıdakı mövsümdən etibarən komandanın titul sponsoru olacaq.

Aleks Holms: “Haas ilə əməkdaşlıq bizim üçün böyük rol oynayır. İndi çoxları MoneyGram brendini tamam başqa cür qəbul etməyə başlayır. Belə görünür ki, ABŞ-da Formula1 həyəcanı, xüsusən də Las Veqasdakı yarışın yaxınlaşması ilə daha da artacaq. Şəxsən mən qarşıdakı bir neçə ili marağın artması dövrü kimi görürəm. İşlərin necə inkişaf etdiyini görürük və izləməyi sevirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*