Monakoya getmək çətin ola bilər

İmolada F1 ilə yanaşı, F2 və F3 yarışları da baş tutmalı idi. Ardıcıl 3 həftəlik yarış seriyasında logistika vacib məsələdir.

F-1.az bildirir ki, komandalar avadanlıqlarını İmolaya gətiriblər. İndi tras bağlıdır və eyni zamanda bir çox yollar da bağlanıb. Proqnozlar şənbə axşamına qədər güclü yağış vəd edir, ona görə də Monakoya çatmaq çətin ola bilər. Formula2-nin baş direktoru Marko Kodello vəziyyəti şərh edib…

Marko Kordello: “Formula2 və Formula3-ə hazırlaşmaq üçün iki gün lazımdır, Formula1 bir az daha uzun çəkir. Ümid edirəm ki, vəziyyət düzələcək və cümə axşamı İmoladan ayrıla biləcəyik, lakin hələlik dəqiq plan yoxdur. Ola bilsin ki, biz burada qalıb, bazar ertəsi axşam olmalı olduğumuz Monakoya birbaşa gedək.

Təsəvvür edirəm ki, Bolonya hava limanı təkcə su ilə dolmayacaq, həm də evlərinə uçmaq istəyən insanlarla dolu olacaq. Ancaq uçuşlar çox deyil, ona görə də hazırda edə biləcəyimiz yeganə şey sakit qalmaqdır. Fövqəladə vəziyyət hər kəsə aiddir”.

Xatırladaq ki, bu həftəsonu baş tutmalı olan Emiliya Romanya Qran Prisi hava şəraitinə görə ləğv edilib. İtaliyanın şimalında yağan güclü yağışların nəticəsi yarışın keçirildiyi trasdan da yan keçməyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*