Monakoda yenə də tuneldə DRS-dən istifadə olunmayacaq

Keçən il Monakonun küçələrində DRS sistemindn istifadə olunması barədə müxtəlif rəylər səslənmişdi və nəticədə təhlükəsizlik baxımından tuneldə sistemin istifadəsinə qadağa […]

Keçən il Monakonun küçələrində DRS sistemindn istifadə olunması barədə müxtəlif rəylər səslənmişdi və nəticədə təhlükəsizlik baxımından tuneldə sistemin istifadəsinə qadağa qoyulmuşdu. Britaniyanın Autosport həftəliyinin bildirdiyinə görə, FİA həmin qadağanı 2012-ci ildə də qüvvədə saxlayıb.

Keçən il bu qərarı dəstəkləyən sürücülərdən biri də Censon Batton idi. 2009-cu ilin dünya çempionu F1 Racing jurnalına bildirmişdi ki, “bu qərarı qəbul etmək zəruri idi, çünki tunel çox sürüşkən olur, orda asfaltla ilişmə trasın digər yerlərində olduğundan çox aşağıdır, təkərdən ayrılan hissəciklər baryerlərdən yenidən trayektoriyaya qayıdır və DRS_dən birinci istifadə edən sürücü divarlara çırpılacaq…”

Keçən il olduğu kimi sürücülər DRS-dən yalnız start-finiş düzlüyündə istifadə edə biləcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*