F-1.az xatırladır ki, trasın 2/3 hissəsi yenidən asfaltlanıb və bu dəyişiklik də yeni baş verib. Qeyd edək ki, tunel çıxışında keçmişdə çoxlu qəzalar olub. Karl Vendinqler, Censon Batton və Serxio Peres burada qəza edərək zədələnmişdilər. Burada ötmə edərkən də problemlər olurdu. Yeni qatın təkərləri tez sıradan çıxaracağı ilə bağlı narahatlıqlar olsa da, Niko Hülkenberq belə düşünmür: “Çox sərtdir və ilişmə çoxdur. Amma oradan keçərkən əyləcləri buraxsanız, heç nə olmaz”.
Monakoda şikanadakı qaçış sahəsinə sərt asfalt qatı vurulub
Monakoda tunel çıxışındakı şıkananın qaçış sahəsinə ilişməni artıran asfalt qatı çəkilib.