Monakoda qızlar olacaqlar

Monako Avtomobil Klubu ilə Liberty Media arasında bağlanılan müqaviləyə əsasən, gələn ay keçiriləcək yarışda start düzümündə qızları görəcəyik.

F-1.az xatırladır ki, Liberty Media idmanın marka dəyərinə uyğun olmadığını bəhanə gətirərək düzülüşdəki qızlardan imtina edərək, kartinqdə yarışan uşaqlara üstünlük vermişdi.

Amma Monakoda biz yenidən düzülüşdə qızları görəcəyik. Lakin onlar əllərində sürücü nömrələrini tutmayacaqlar. Bu barədə klubun rəhbəri Mişel Boeri danışıb: “Liberty Media ilə problemimiz yoxdur. Düzülüşdəki qızlardan başqa. Orada olacaqlar, amma nömrə lövhələrini tutmayacaqlar. Onlar çox gözəldirlər və kameralar davamlı onları göstətərəcəklər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*