Monakoda konfiqurasiya dəyişəcək?

Formula1-in almaz qaşı sayılan Monako trasının 2025-ci ildə konfiqurasiyasında dəyişiklik edilə bilər.

F-1.az Forbes-a istinadən xəbər verir ki, Aralıq dənizinin 10 hektarlıq sahəsi doldurulacaq və bu proses üçün 2 milyard avro xərclənəcək. Yeni ərazi tunel hissəsindən əvvəl olacaq.

Bu barədə Monako knyazı ikinci Alber belə danışıb: “Bunun olub-olmayacağını deyə bilmərəm. Amma düşünəcəyik və özümüzdən “niyə bunu təkmilləşdirməyək və daha həyəcanlı olmasın?” deyə söruşacağıq. Bu, bəsit bir ideyadır. Monako idmanın tarixində çox önəmli yer tutur və bura olmasa, Formula1 mövsümü maraqsız olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*