F-1.az bildirir ki, həftəsonu boyunca çəkilişi yerli televiziya nümayəndələri edirdi və FOM-a bütün dünyaya yayım üçün hazır siqnal verirdi. Eyni zamanda, Monako nəinki yarış üçün pul ödəmirdi, həm də loqotipləri televiziyada olan sponsorlardan öz müqavilələri əsasında yaxşı pul qazanırdı.
Bu, Liberty Media-nın xoşuna gəlməyib və çempionatın sahibi birbaşa Monakodakılara rəqib bir şirkətlə razılığa gəliblər – yarışın yayımını artıq onla ryerinə yetirəcəklər.
Yarışın promouterləri ilə müqavilənin yeni şərtləri müzakirə edilərkən Liberty Media onları iki əsas üstünlükdən məhrum edib – artıq onlar yarışın keçirilməsi üçün müəyyən haqq ödəyəcəklər və həftəsonu boyunca yayımı FOM-un çəkilişləri yayımlanacaq. Yəni bu iki məsələdə çempionatın göz bəbəyi hesab edilən yarışa digər yarışlarda olan şərtlər tətbiq ediləcək.