Britaniyanın The İndependent qəzeti bu gün idman azarkeşləri arasında keçirdiyi “”Dünyanın yeddi idman möcüzəsi” adlı sorğusunun son nəticələrini dərc edib. Siyahıda birinci yeri səslərin 18%-ni toplayan Monako Qran Prisi tutub – Formula1 mərhələsinin əfsanəvi trası ən maraqlı idman mübarizəsi arenası hesab olunub və Barselonadakı Nou Kamp stadionunu qabaqlayıb…
Dünyanın yeddi idman möcüzəsi:
1. Monako şəhər trası
2. Barselonada Nou Kamp stadionu
3. Pekində “Quş yuvası” Olimpiya kompleksi
4. Madriddə Santyaqo-Bernabeu stadionu
5. Milanda San Siro stadionu
6. Rio de Janeyroda Marakana stadionu
7. Melburnda kriket stadionu