F-1.az xatırladır ki, Monako tarixi trasdır və avtoidmanın brilyant qaşı sayılır. Lakin son illər burada yarışlar həddən artıq maraqsız keçir. Bolidlər böyüdüyü və döngələr çox olduğu üçün ötmə etmək qeyri-mümkündür. Son illərdə yarışlar demək olar ki, başladığı kimi bitib. Sonuncu yarışda da yeganə ötmə Mik Şumaxerin komanda yoldaşı Nikita Mazepini keçməsi olub.
Formula1 rəhbərliyi Monako trasının quruluşunu daha əvvəl də dəyişmək istəsə də, uğurlu ola bilməyib.
Ross Braun: “Bura Monakodur. Trası dəyişmək üçün baxdıq, amma dəqiq bir şey yoxdur. Görək nə olur. Bu trasın böyük tarixi və ab-havası var. Buranı bütün ssürücülər qazanmaq istəyir. Ancaq bildiyiniz kimi bu tras bizə məhdudiyyətlər qoyur. İnsanlar soruşur ki, niyə təkər strategiyası dəyişilmir. Lakin komandalar artıq buna öyrəşiblər. Bir neçə il əvvəl bunu Sinqapurda da gördük. Təkərlər Soft olduğu üçün sürücülər yavaş sürdülər və hamı bir-birinin ardınca gedirdi. Heç kim də pitə daxil olmadı.
Bu, ilk dəyişiklik cəhdi deyil. Keçmişdə də cəhd etmişdilər, amma bir şey çıxmamışdı. Ancaq indi simulyatorlar var. Əminəm ki, işçi qrupumuz bir şey tapacaq”.