F-1.az Britaniya mətbuatıba istinadən xəbər verir ki, Monako və Formula1 rəhbərliyi nəhayət ki, ortaq məxrəcə gəliblər. Yeni müqavilədən sonra Monako yarışı 25-28 may tarixində keçiriləcək.
Yeni müqavlədən sonra Monako televiziya yayımından məsul olmayacaq və trasa istədikləri sponsorları yerləşdirməyəcəklər. Məsələn, əvvəlki illərdə Formula1-in saat sponsoru Rolex olmasına baxmayaraq, tras rəhbərliyi Tag Heuer-in reklamlarını yerləşdirirdi. Belə də ortaya qəribə mənzərə çıxırdı.
Bu qərarlardan sonra Monako yarışının təşkilatçıları bilet qiymətlətini də 30 faiz artıracaq. Artıq tək kateqoriyada bilet olacaq və qiymətlər çox bahalanacaq.