Keçən il olduğu kimi, FİA Qran Prinin stüardları cərgəsinə keçən illərin təcrübəli sürücülərini cəlb edəcək. Dördqat dünya çempionu Alen Prost Monako Qran Prisinə dəvət olunub.
Mübahisəli vəziyyətləri Prostla birlikdə FİA-nın Ümumdünya Şurasının üzvü, İsveç federasiyasının fəxri prezidenti Lars Esterlind və FİA-nın Ümumdünya Şurasının üzvü, Çexiya avtoklubunun baş katibi Yoze Abal araşdıracaqlar.