Monako Qran Prisi: Sıralanma turu

Qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C Monakoda sıralanma turu həmişə əlamətdar hadisədir. Dar küçələrdə […]

Qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C

Monakoda sıralanma turu həmişə əlamətdar hadisədir. Dar küçələrdə ötmə demək olar ki, mümkün deyil, start mövqeyi çox vacibdir, amma sürücülər risk və sürət arasında inci kompromis axtarmaqla sürətli dövrədə hücum edirlər.

Bu gün səhər sərbəst yürüşlərdə üç sürücü qəzaya uğrayıb – Felipe Massa, Adrian Sutil və Roman Qrojan. Mexaniklər əllərindən gələni ediblər ki, zədələnmiş maşınları sıralanma turuna qədər bərpa etsinlər – Force İndia və Lotus bu işin öhdəsindən gələ biliblər, amma Ferrari-nin mexanikləri çatdıra bilməyiblər: F138-in ötürmələr qutusunu dəyişmək lazım gəlib.

Vəziyyəti hava şəraiti də çətinləşdirib, üç sərbəst yürüş quru havada keçmişdi, amma sıralanma turunun başlanmasına yarım saat qalmış yağış başlayıb.

Birinci sessiyada sürücülər keçid təkərlərindən istifadə ediblər. Amma sessiyanın startından bir dəqiqə sonra sarı bayraqlar peyda olub – 3-cü döngədə Jül Byankinin maşınında motor tüstülənib. Sürücülərin göstərdikləri nəticələr trafikdən və trasın vəziyyətindən asılı olub. Protokollara Maldonado başçılıq edib – 1:23.452, mübarizəni isə di Resta, Pik, Qutyerres, Çilton, Byanki və Massa dayandırıblar. Caterham-in sürücüsü Qido van der Qarde karyerasında ilk dəfə ikinci sessiyaya keçib.

İkinci sessiyaya da sürücülər keçid təkərlərində başlayıblar. Asfalt qurusa da, bəzi yerlərdə, xüsusən də kölgələrdə hələ kifayət qədər nəm olub. Van der Qarde birinci olaraq sliklərə keçib, sonra digər sürücülər də eyni addımı atıblar. Hər dövrədən sonra trasın vəziyyəti yaxşılaşdığı üçün sürücülərin protokollarda mövqeyi tez-tez dəyişib. Yekunda protokollara Fettel başçılıq edib – 1:15.988, Hülkenberq, Rikkardo, Qrojan, Bottas, van der Qarde və Maldonado isə mübarizədən kənar qalıblar.

Sonuncu sessiyada hamı SuperSoftla iki cəhd edib. Birinci cəhdində protokollara Red Bull sürücüləri başçılıq ediblər – Fettel komanda yoldaşını üstələyib: 1:14.333, amma poulun taleyi son saniyələrdə həll olub – əvvəlcə Uebber, sonra Həmilton, yekunda isə Rosberq poula sahib çıxıb.

Niko 3-cü ardıcıl poulunu qazanmaqla, Mercedes AMG-yə 4-cü ardıcıl poul yaşadıb. Həmiltonun ikinci olması komandaya ilk cərgəni zəbt etməyə imkan verib. İkinci cərgə isə tamamilə red Bull-undur: Fettel yenə də Uebberi qabaqlayıb. Titula digər namizədlər – Rəykkönen və Alonso isə üçüncü cərgədən start alacaqlar.

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 N.Rosberq Mercedes AMG Mercedes 08 1:24.620 03 1:16.135 1:13.876
02 L.Həmilton Mercedes AMG Mercedes 06 1:23.779 04 1:16.265 1:13.967 + 0.091
03 S.Fettel Red Bull Renault 07 1:24.243 01 1:15.988 1:13.980 + 0.104
04 M.Uebber Red Bull Renault 13 1:25.352 07 1:17.322 1:14.181 + 0.305
05 K.Rəykkönen Lotus Renault 15 1:25.835 02 1:16.040 1:14.822 + 0.946
06 F.Alonso Ferrari Ferrari 03 1:23.712 05 1:16.510 1:14.824 + 0.948
07 S.Peres McLaren Mercedes 10 1:24.682 10 1:17.748 1:15.138 + 1.262
08 A.Sutil Force İndia Mercedes 12 1:25.108 06 1:17.261 1:15.383 + 1.507
09 C.Batton McLaren Mercedes 05 1:23.744 08 1:17.420 1:15.647 + 1.771
10 J.E.Vern Toro Rosso Ferrari 02 1:23.699 09 1:17.623 1:15.703 + 1.827
11 N.Hülkenberq Sauber Ferrari 14 1:25.547 11 1:18.331
12 D.Rikkardo Toro Rosso Ferrari 11 1:24.852 12 1:18.344
13 R.Qrojan Lotus Renault 04 1:23.738 13 1:18.603
14 V.Bottas Williams Renault 09 1:24.681 14 1:19.077
15 Q.van der Qarde Caterham Renault 16 1:26.095 15 1:19.408
16 P.Maldonado Williams Renault 01 1:23.452 16 1:21.688
17 P.di Resta Force İndia Mercedes 17 1:26.322
18 Ş.Pik Caterham Renault 18 1:26.633
19 E.Qutyerres Sauber Ferrari 19 1:26.917
20 M.Çilton Marussia Cosworth 20 1:27.303
21 J.Byanki Marussia Cosworth 21
22 F.Massa Ferrari Ferrari 22
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Monako Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +41° C Monakoda sıralanma turu da çox maraqlı olur. knyazlığın küçələrində ötmək […]

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +41° C

Monakoda sıralanma turu da çox maraqlı olur. knyazlığın küçələrində ötmək mümkün deyil, start mövqeyi həlledici əhəmiyyət kəsb edir, amma sürücülər sürətli dövrədə aqresivlik və ehtiyatlılıq arasında kompromis axtarmalı olurlar ki, maşın zədələnməsin. Monte Karloda uğurla uğursuzluq arasında sərhəd bəzən o dərəcə nazik olur ki, sıralanma turunun nəticələrini maşının effektliyi deyil, sürücünün səhvsiz sürməsi və öz gücünə inamı müəyyən edir.

Bu gün səhər sərbəst yürüşlərdə bir neçə insident yaşanmışdı, sessiya isə qırmızı bayraqlar altında başa çatmışdı – Pastor Maldonado qəzaya uğramışdı. Williams-ın mexanikləri sürücünün maşınını sıralanma turuna qədər bərpa ediblər. Qəzadan əvvəl Pastor Serxio Peresi bolka salmışdı və buna görə də stüardlardan on yerlik cərimə almışdı.

Beş yerlik cəriməni isə iki həftə əvvəl Mixael Şumaher almışdı – almaniyalı sürcüü Bruno Senna ilə qəzada günahkar elan olunmuşdu.

Birinci sessiyanın startından bir neçə dəqiqə sonra qırmızı bayraqlar dalğalanıb – Serxio Peres baryerlərə çırpılaraq asılqanlarını zədələyib. Sürücülərin çox SuperSoft təkərlərlə trasa çıxıb və protokollara Niko Hülkenberq başçılıq edib. Mübarizəni isə Pereslə birlikdə Caterham, Marussia və HRT komandaları tam heyətlə dayandırıblar.

İkinci sessiyanın startından bir neçə dəqiqə sonra jan erik Vern ön antiqanadını sındırıb, amma sürücü boksa qayıda bilib, düzdür, trasa bir daha qayıtmayıb. Trasda isə olduqca gərgin mübarizə gedib və protokollara Felipe Massa başçılıq edib, mübarizəni isə Hülkenberq, Kobayaşi, Batton, Senna, di Resta, Rikkardo və Vern dayandırıblar. İlk onluğa düşən sürücülər 0.4 saniyəyə yerləşiblər.

Son sessiyada Fettel trasa Soft təkərlə çıxıb və bir dövrədən sonra boksa qayıdıb. Digər sürücülər isə poul uğrunda SuperSoft-la mübarizəyə girişiblər. Rosberq birinci cəhdində əla nəticə göstərib, amma ikincə cəhdində Uebber və Şumaher onu qabaqlayıblar.

Mixael karyerasında 69-cu poulunu qazanıb, amma sabah 6-cı yerdən yarışa başlayacaq. Birinci cərgədən isə Uebber və Rosberq start alacaqlar, arxadan onlara Həmilton və Qrojan hücum edəcəklər…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 M.Şumaher Mercedes AMG Mercedes 05 1:15.873 05 1:15.062 1:14.301
02 M.Uebber Red Bull Renault 10 1:16.013 04 1:15.035 1:14.381 + 0.080
03 N.Rosberq Mercedes AMG Mercedes 07 1:15.900 02 1:15.022 1:14.448 + 0.147
04 L.Həmilton McLaren Mercedes 13 1:16.063 07 1:15.166 1:14.583 + 0.282
05 R.Qrojan Lotus Renault 03 1:15.718 08 1:15.219 1:14.639 + 0.338
06 F.Alonso Ferrari Ferrari 14 1:16.153 06 1:15.128 1:14.948 + 0.647
07 F.Massa Ferrari Ferrari 09 1:15.983 01 1:14.911 1:15.049 + 0.748
08 K.Rəykkönen Lotus Renault 06 1:15.889 10 1:15.322 1:15.199 + 0.898
09 P.Maldonado Williams Renault 11 1:16.017 03 1:15.026 1:15.245 + 0.944
10 S.Fettel Red Bull Renault 04 1:15.757 09 1:15.234
11 N.Hülkenberq Force İndia Mercedes 01 1:15.418 11 1:15.421
12 K.Kobayaşi Sauber Ferrari 02 1:15.648 12 1:15.508
13 C.Batton McLaren Mercedes 16 1:16.399 13 1:15.536
14 B.Senna Williams Renault 08 1:15.923 14 1:15.709
15 P.di Resta Force İndia Mercedes 12 1:16.062 15 1:15.718
16 D.Rikkardo Toro Rosso Ferrari 15 1:16.360 16 1:15.878
17 J.E.Vern Toro Rosso Ferrari 17 1:16.491 17 1:16.885
18 H.Kovalaynen Caterham Renault 18 1:16.538
19 V.Petrov Caterham Renault 19 1:17.404
20 T.Qlok Marussia Cosworth 20 1:17.947
21 P.de la Rosa HRT Cosworth 21 1:18.096
22 Ş.Pik Marussia Cosworth 22 1:18.476
23 N.Kartikeyan HRT Cosworth 23 1:19.310
24 S.Peres Sauber Ferrari 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Monako Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +45° C Səhər sərbəst yürüşlərdə Niko Rosberq və Vitantonio Liutsi ciddi qəzaya […]

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +45° C

Səhər sərbəst yürüşlərdə Niko Rosberq və Vitantonio Liutsi ciddi qəzaya uğramışdılar, ona görə də mexniklər maşınları sıralanma turuna hazırlamaq üçün ciddi işləyiblər. Mercedes GP vəzifəsinin öhdəsindən gəlib, amma Liutsi, eləcə də onun komanda yoldaşı Narain Kartikeyan trasa çıxmayıblar – Hispania komandası bütünlüklə sıralanma turunu buraxıb.

Pirelli Monakoya Soft və SuperSoft təkərlərini gətirib, amma Monte Karlonun dar küçələrində sıralanma turu xüsusi əhəmiyyət kəsb edir, həm də bu dəfət ərkiblərin sürət fərqi elə də kəsin deyil, ona görə də təkərlərə qənaət ikinci plana keçib.

Birinci sessiyada protokollara Lyuis Həmilton başçılıq edib, mübarizəni isə yeni komandaların sürücüləri ilə birlikdə Xayme Algersuari dayandırıb. İkinci sessiyada da protokollara Lyuis Həmilton başçılıq edib. Mübarizəni isə Lotus Renault, Force İndia sürücüləri ilə birlikdə Sebastyan Buemi, Rubens Barrikello və Kamui Kobayaşi dayandırıblar.

Sonuncu sessiyada Sebastyan Fettel elə ilk cəhdində trasın rekorduna imza atıb – 1:13.556, rəqiblər ikinci cəhdlərinə çıxarkən trasda qırmızı bayraqlar dalğalanıb – Serxio Peres tunelin çıxışında ciddi qəzaya uğrayıb. Maşın evakuasiya olunduqdan sonra dağıdılmış baryer bərpa olunub və 40 dəqiqədən sonra sessiyaya restart verilib – sürücülərin ixtiyarında cəmi 2.5 dəqiqə vaxt olub.

Bütün doqquz sürücü trasa çıxsa da, soyumuş trasda bir dövrədə təkərləri qızdırmaq mümkün olmayıb və heç kim yaxşı nəticə göstərə bilməyib. Nəticədə Fettel poul qazanıb – karyerasında iyirminci, mövsümdə isə beşinci, Batton ikinci, Uebberi isə üçüncü olub…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 03 1:15.606 02 1:14.277 1:13.556
02 C.Batton McLaren Mercedes 02 1:15.397 03 1:14.545 1:13.997 + 0.441
03 M.Uebber Red Bull Renault 08 1:16.087 07 1:14.742 1:14.019 + 0.463
04 F.Alonso Ferrari Ferrari 07 1:16.051 04 1:14.569 1:14.483 + 0.927
05 M.Şumaher Mercedes GP Mercedes 09 1:16.092 08 1:14.981 1:14.682 + 1.126
06 F.Massa Ferrari Ferrari 10 1:16.309 05 1:14.648 1:14.877 + 1.321
07 L.Həmilton McLaren Mercedes 01 1:15.207 01 1:14.275 1:15.280 + 1.724
08 N.Rosberq Mercedes GP Mercedes 05 1:15.858 06 1:14.741 1:15.766 + 2.210
09 P.Maldonado Williams Cosworth 04 1:15.819 10 1:15.545 1:16.528 + 2.972
10 S.Peres Sauber Ferrari 06 1:15.918 09 1:15.482
11 V.Petrov Lotus Renault GP Renault 12 1:16.378 11 1:15.815
12 R.Barrikello Williams Cosworth 15 1:16.807 12 1:15.826
13 K.Kobayaşi Sauber Ferrari 13 1:16.513 13 1:15.973
14 P.di Resta Force İndia Mercedes 17 1:16.813 14 1:16.118
15 A.Sutil Force İndia Mercedes 14 1:16.600 15 1:16.121
16 N.Haydfeld Lotus Renault GP Renault 16 1:16.681 16 1:16.214
17 S.Buemi Toro Rosso Ferrari 11 1:16.358 17 1:16.300
18 H.Kovalaynen Team Lotus Renault 18 1:17.343
19 Y.Trulli Team Lotus Renault 19 1:17.381
20 X.Algersuari Toro Rosso Ferrari 20 1:17.820
21 T.Qlok Marussia Virgin Cosworth 21 1:17.914
22 J.D’Ambrozio Marussia Virgin Cosworth 22 1:18.736
23 N.Kartikeyan Hispania Cosworth
24 V.Liutsi Hispania Cosworth

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*