İspaniyada sürücülərin çoxu yarışı iki pit-stopla keçirmişdi. Monakoda təkərlərə düşən yüklənmə elə də çox deyil və Pirelli Motorsport-un başçısı Pol Hembri hesab edir ki, komandaların çoxu boksda bir dəfə dayanmağa üstünlük verəcək…
Pol Hembri: “Monakoda biz orta hesabla bir pit-stop gözləyirik, çünki bu trasda təkərlərin yeyilmə və dağılma dərəcəsi çox aşağıdır, yəni iki həftə əvvəl Barselonada gördüyümüzün tam əksidir. Amma bu o demək deyil ki, taktika elə də çox əhəmiyyət kəsb eləmir – keçən illərdə biz gördük ki, müxtəlif taktikalar seçilsə də, finişdə nəticələr çox sıx olur.
İspaniya yarışında biz podiumdan kənarda maraqlı mübarizə izlədik, ona görə də Monako trasının finişi maraqlı olacaq, çünki məlumdur ki, bu trasda ötmək mümkün deyil. Nəticədə strategiya heç vaxt olmadığı qədər vacib olacaq, çünki komandalar mövqe qazanmaq üçün müxtəlif taktiki metodlara əl atmalı olacaqlar.”