Yağış. Buludlu. Havanın temperaturu +14°-15° C, trasın temperaturu +20°-23° C
Nahardan sonra trasın vəziyyəti yaxşılaşıb və komandalar dərhal işə başlayıblar, amma sürücülərin hamısı Soft təkərlərin gec qızmasından gileyləniblər. Hərçənd, sliklərlə iş uzun sürməyib.
Birinci sessiyada qəza baş verməsə də, ikinci sessiyanın 13-cü dəqiqəsində qırmızı bayraqlar dalğalanıb – şikananın qarşısında əylənmə zonasında Roberto Mehri baryerlərə toxunub. Sürücüyə heç nə olmayıb, marşallar Manor maşınını təxliyyə ediblər, sessiyaya restart verilib, amma yağış yağmağa başlayıb.
Qırmızı bayraqlara qədər Markus Eriksondan başqa hamı trasda görünmüşdü – isveçli sürücünün maşınında güc qurğusu ilə problemlər üzə çıxıb. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:17.192.
Tribunalarda çətirlər açılıb və Lotus hamını təəccübləndirib – Maldonado trasa sliklərlə çıxıb: venesuelalı sürücü qəzadan güclə qurtulub və çox yavaş sürətlə boksa qayıdıb.
Komandalar vəziyyətin yaxşılaşmasını gözləyiblər, şənbə və bazar günləri yağış gözlənilmir, ona görə də bu şəraitdə işləməyin mənası olmayıb, Monakoda qəzanın ehtimalı isə olduqca böyükdür.
Sessiyanın sonuna yaxın yağış dayanıb, son 10 dəqiqədə sürücülər trasa yağış və keçid təkərlərlə çıxıblar, amma protokollarda heç kimin mövqeyi dəyişməyib. F-1.az xatırladır ki, növbəti dəfə komandalar trasa şənbə günü çıxacaqlar…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:17.192 | – | 12 |
02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:17.932 | + 0.740 | 15 |
03 | S.Fettel | Ferrari | Ferrari | 1:18.295 | + 1.103 | 14 |
04 | K.Rəykkönen | Ferrari | Ferrari | 1:18.543 | + 1.351 | 15 |
05 | D.Kvyat | Red Bull | Renault | 1:18.548 | + 1.356 | 16 |
06 | K.Sayns | Toro Rosso | Renault | 1:18.659 | + 1.467 | 14 |
07 | M.Ferstappen | Toro Rosso | Renault | 1:18.782 | + 1.590 | 12 |
08 | F.Alonso | McLaren | Honda | 1:18.906 | + 1.714 | 18 |
09 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:19.151 | + 1.959 | 13 |
10 | R.Qrojan | Lotus | Mercedes | 1:19.266 | + 2.074 | 13 |
11 | S.Peres | Force İndia | Mercedes | 1:19.300 | + 2.108 | 13 |
12 | F.Massa | Williams | Mercedes | 1:19.560 | + 2.368 | 15 |
13 | V.Bottas | Williams | Mercedes | 1:19.566 | + 2.374 | 14 |
14 | P.Maldonado | Lotus | Mercedes | 1:19.577 | + 2.385 | 13 |
15 | C.Batton | McLaren | Honda | 1:19.606 | + 2.414 | 14 |
16 | D.Rikkardo | Red Bull | Renault | 1:19.639 | + 2.447 | 13 |
17 | F.Nasr | Sauber | Ferrari | 1:20.263 | + 3.071 | 10 |
18 | R.Merhi | Manor | Ferrari | 1:22.017 | + 4.825 | 9 |
19 | U.Stivens | Manor | Ferrari | 1:22.943 | + 5.751 | 13 |
20 | M.Erikson | Sauber | Ferrari | – | – | – |