Monako havası intriqanın faktorlarından biridir, amma bu həftəsonu yağışın yağma ehtimalı olduqca azdır…
Knyazlığın ənənəsinə sadiq olaraq ilk iki sərbəst yürüşlər cümə axşamı baş tutacaq – havanın temperaturu +14 dərəcəyədək qızacaq, yağışın yağma ehtimalı isə 70%-dir – keçən ilk yağış sessiyalar arasındakı fasiləyə təsadüf etmişdi.
Üçüncü sərbəst yürüşlər və sıralanma turu isə şənbə günü keçiriləcək – bu gün hava yaxşı olacaq, temperatur +19 dərəcə göstərəcək, yağışın yağma ehtimalı isə cəmi 10% olacaq.
F-1.az bildirir ki, bazar günü də yağışın yağma ehtimalı cüzi olacaq, temperatur isə +18 dərəcə təşkil edəcək. Amma bir daha xatırladırıq ki, vəziyyət dəyişə bilər…