F-1.az xəbər verir ki, William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış uik-endi üçün növbəti cədvəllərini tərtib ediblər.
İki həftə əvvəl Niko Rosberqin Barselonada qazandığı qələbə onu bukmeykerlərin cədvəllərində lider etməsə də, komanda yoldaşı Lyuis Həmiltonla aradakı fərqi ciddi azaldıb – bukmeykerlərin fikrincə, sonuncu dünya çempionun bu həftəsonu Monte Karloda qələbə qazanmaq şansı daha yüksəkdir…
Yarışda qələbə (sürücülər):
1. L.Həmilton – 1.91
2. N.Rosberq – 2.37
3. S.Fettel – 9.00
4. K.Rəykkönen – 17.00
5. V.Bottas – 67.00
6. F.Massa – 81.00
7. D.Rikkardo – 201.00
Titul uğrunda mübarizədə Lyuis Həmilton favoritdir, Niko Rosberq isə ikinci yerə yüksəlib, hərçənd, iki həftə əvvəl onun şansları həmyerlisi Sebastyan Fettelin şanslarından az qiymətləndirilirdi…
Çempionatda qələbə (sürücülər):
1. L.Həmilton – 1.20
2. N.Rosberq – 6.50
3. S.Fettel – 11.00
4. K.Rəykkönen – 51.00
5. D.Rikkardo, F.Massa, V.Bottas, F.Alonso – 751.00
6. C.Batton – 1001.00
Mühəndislər Kuboku isə artıq formal xarakter daşıyır, bukmeykerlərin fikrincə, yalnız Ferrari-nin titul uğrunda Mercedes AMG komandasına cavab vermək şansı qalıb…
Çempionatda qələbə (komandalar):
1. Mercedes AMG – 1.01
2. Ferrari – 17.00
3. Williams – 1001.00
4. Red Bull – 2001.00
5. Lotus – 2501.00
6. McLaren, Toro Rosso – 5001.00