Qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +14°-16° C, trasın temperaturu +16°-19° C
Gecə Monakoda yağış yağıb, amma birinci sərsbəst yürüşlərin əvvəlinə asfalt quruyub – sürücülər ilk dövrəyə keçid təkərlərlə çıxsalar da, tezliklə slik təkərlərlə trasa qayıdıblar. Həmişə olduğu kimi, cümə axşamı trasın vəziyyəti yaxşı olmayıb, sürücülər Soft təkərlərin, xüsusən də ön təkərlərin gec qızmasından gileyləniblər.
Censon Battonun maşını uzun müddət boksa sökülmüş vəziyyətdə qalıb – enerji toplayıcısını və elektron idarəetmə blokunu dəyişmək lazım olub, britaniyalı sürücü sessiyanın ikinci yarısında trasa çıxa bilib.
Mercedes AMG sürücüləri elə ilk dövrələrdən yüksək sürət nümayiş etdiriblər, digər sürücülər yalnız sessiyanın sonunda sürətə işləməyə başlayıblar, son nəticədə isə Mercedes AMG sürücülərini 7 sürücü ayırıb.
Ən yaxşı nəticəni Həmilton göstərib – 1:18.750, ən çox məsafəni də Lyuis qət edib. F-1.az xatırladır ki, nahardan sonra məşqlər davam edəcək…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:18.750 | – | 49 |
02 | M.Ferstappen | Toro Rosso | Renault | 1:18.899 | + 0.149 | 42 |
03 | D.Rikkardo | Red Bull | Renault | 1:19.086 | + 0.336 | 27 |
04 | S.Fettel | Ferrari | Ferrari | 1:19.134 | + 0.384 | 31 |
05 | K.Sayns | Toro Rosso | Renault | 1:19.245 | + 0.495 | 40 |
06 | P.Maldonado | Lotus | Mercedes | 1:19.454 | + 0.704 | 35 |
07 | D.Kvyat | Red Bull | Renault | 1:19.520 | + 0.770 | 33 |
08 | K.Rəykkönen | Ferrari | Ferrari | 1:19.679 | + 0.929 | 31 |
09 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:19.762 | + 1.012 | 47 |
10 | F.Massa | Williams | Mercedes | 1:19.766 | + 1.016 | 32 |
11 | F.Alonso | McLaren | Honda | 1:19.791 | + 1.041 | 28 |
12 | C.Batton | McLaren | Honda | 1:20.202 | + 1.452 | 15 |
13 | R.Qrojan | Lotus | Mercedes | 1:20.274 | + 1.524 | 34 |
14 | S.Peres | Force İndia | Mercedes | 1:20.619 | + 1.869 | 35 |
15 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:20.784 | + 2.034 | 34 |
16 | F.Nasr | Sauber | Ferrari | 1:20.857 | + 2.107 | 24 |
17 | V.Bottas | Williams | Mercedes | 1:20.917 | + 2.167 | 36 |
18 | M.Erikson | Sauber | Ferrari | 1:21.219 | + 2.469 | 25 |
19 | U.Stivens | Manor | Ferrari | 1:23.234 | + 4.484 | 28 |
20 | R.Merhi | Manor | Ferrari | 1:23.404 | + 4.654 | 31 |