Monako mərhələsi Ferstappen üçün dönüş nöqtəsi olub

Serxio Peresin qazandığı Monako Qran Prisi onun komanda yoldaşı Maks Ferstappen üçün ikinci çempionluq tituluna gedən yolda dönüş nöqtəsi olub.

F-1.az xəbər verir ki, bu fikri sürücünün atası Yos Ferstappen Viaplay striminq xidmətində yayımlanan və keçən mövsüm baş verən hadisələrdən bəhs edən Lion Unleashed 2 sənədli filmində bildirib.

“Məncə, Maks üçün dönüş nöqtəsi Monako yarışından sonra oldu, – deyə Yos oğlunun builki çıxışını dəyərləndirib. – Mövsümün əvvəlindən maşınla bağlı problemləri var idi, maşını bəyənmirdi. Monakodan sonra biz komanda ilə daha sıx işləməyə başladıq və Maksın problemlərini həll etməyə imkan verən istiqamət tapa bildik. Maşın sazlanmaları və çəkisi baxımından onun üstünlüklərinə daha çox uyğunlaşdı”.

Öz növbəsində Maks komandanın “Monako”dan sonra maşına etdiyi düzəlişlərin həqiqətən də kömək etdiyini təsdiqləyib: “Monakodan sonra komanda ilə maşından nəyə ehtiyacım olduğu və nə istədiyim barədə ətraflı söhbətimiz oldu. İlk yarışlarda onun davranışını bəyənmədim, amma problem təkcə bunda deyil, həm də artıq çəkidədi.

Tədricən avtomobili yüngülləşdirmək mümkün oldu ki, bu da rəqabət qabiliyyətinə təsir etdi. Maşın getdikcə mənim pilotluq tərzimə uyğunlaşmağa başladı və daha sürətli oldu. Şübhəsiz ki, gələcəkdə bu, mənə çox kömək etdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*