Monako-2023: Yarış

Emiliya Qran Prisi ləğv edildikdən sonra Monte Karlo trası mövsümdə ilk Avropa yarışına ev sahibliyi edib.

F-1.az xatırladır ki, ilk sərbəst yürüşlərdə Karlos Sayns, sonrakı iki məşqdə isə Maks Ferstappen ən sürətli olub.

Pirelli bura ən yumşaq üçlüyü – C3, C4, C5 tərkiblərini gətirib. Çjou yumşaq, Alonso, Sayns, Lekler, Qasli, Rassell, Piastri, Stroll, Bottas və Maqnussen sərt, qalanları isə orta təkərlərlə yarışa başlayıblar.

Yarışa ilk cərgədən Ferstappen və Alonso, ikinci cərgədən Okon və Sayns, üçüncü cərgədən isə Həmilton və Lekler start alıb.

Startda Ferstappen liderliyini qoruyub. Stroll bir neçə yer itirərək Elbonla toqquşub. Hülkenberq Sarcentin maşınını vurub və beş saniyəlik cəza alıb. Hülkenberq, Çjou və Peres pit-stop edərək Hard təkərlərə keçiblər. 2-ci dövrədə ilk onluq: Ferstappen – Alonso – Okon – Sayns – Həmilton – Lekler – Qasli – Rassel – Tsunoda – Norris.

Sayns Okona hücum edərkən ön qanadını zədələyib, lakin pitə girməyib. Qanadın qırılan hissəsi trasa düşüb. Bir qədər sonra ona ağ-qara bayraqlarla xəbərdarlıq edilib. Sarcent arxasında böyük qatar formalaşdırıb. Uzun müddət heç kim hücuma cəhd etməyib. Sonra isə Maqnussen, Stroll və Peres onu ötüblər.

Elbon 19-cu dövrədə pit-stop edib. Onu 25-ci dövrədə Sarcent, 32-ci dövrədə isə Həmilton izləyib. Ferstappen dövrəvi sürücülərə çatıb və burada xeyli vaxt itirib, Alonso öz növbəsində aradakı fərqi xeyli qapadıb. Daha sonra isə Maks yenidən fərqi açmağa başlayıb.

Peres Maqnussenlə təmas edib və ön qanadını qırıb. Okon, Sayns və Peres təkərlərini dəyişiblər. Stroll və Maqnussen də təmas yaşayıblar. Lekler, Qasli və Norris də təkər dəyişən sürücülər siyahısına qoşulublar.

Yağış başlayıb, Bottas və Stroll təkrar keçid təkərləri üçün pitə gəliblər. Çjou, Elbon, Tsunoda, de Friz, Rassell, Okon, Həmilton və Qasli də eyni addımı atıblar. Alonso isə sarı təkərləri seçib. Tras getdikcə sürüşkən olub, Ferstappen, Piastri və Norris də yaşıl təkərlərə keçiblər. Alonso yenidən pit-stop edərək xeyli vaxt itirib.

Sayns təhlükəsizlik cibinə girib. Stroll maşını zədələyib və yarışdan çəkilib. 58-ci dövrədə ilk onluq: Ferstappen – Alonso – Okon – Həmilton – Rassell – Lekler – Qasli – Sayns – Tsunoda – Piastri.

Maqnussen sliklərdə qalıb, digərlərinin keçməsinə imkan vermək üçün sürəti mümkün qədər azaldıb, Raskaşda divarla təmas etsə də, özünü boksa çatdıra bilib və yeni burun hissəsi taxılıb. Sarcent də dovara toxunub, amma yarışa davam edib. Peres yağış təkərlərinə keçib.

Rassell trasa təhlükəli qayıtdığı üçün 5 saniyəlik cəza alıb. Norris piastrini geridə qoyub. Maqnussen ilk döngədə təhlükəsizlik zonasına çıxıb. Hülkenberq 61-ci dövrədə yağış təkərlərinə keçib, lakin cəzasını düzgün ödəməyidi üçün əlavə 10 saniyə də cəza alıb.

Tsunoda hər iki McLaren sürücüsü tərəfindən keçilib. Tsunoda 5-ci döngədə səhvə yol verib. Çjou Elbonu geridə qoyub. Peres yenidən keçid təkərlərinə qayıdıb.

Beləliklə, Maks Ferstappen mövsümdə 4-cü, karyerasında isə 39-cu qələbəsini qazanıb. Fernando Alonso ikinci olaraq mövsümdə ən yaxşı nəticəsini əldə edib. Esteban Okon da komandasına mövsümdə ilk podiumunu qazandırıb.

Mübarizə gələn həftə İspaniyada davam edəcək.

Yer N Sürücü Komanda Zaman Pit
1 1 Maks Ferstappen Red Bull 1:48:51.980 1
2 14 Fernando Alonso Aston Martin + 0:27.921 2
3 31 Esteban Okon Alpine + 0:36.990 2
4 44 Lyuis Həmilton Mercedes + 0:39.062 2
5 63 Corc Rassel l* Mercedes + 0:56.284 1
6 16 Şarl Lekler Ferrari + 1:01.890 2
7 10 Pyer Qasli Alpine + 1:02.362 2
8 55 Karlos Sayns Ferrari + 1:03.391 2
9 4 Lando Norris McLaren +1 dövrə 2
10 81 Oskar Piastri McLaren +1 dövrə 1
11 77 Valtteri Bottas Alfa Romeo +1 dövrə 1
12 21 Nik de Friz AlphaTauri +1 dövrə 1
13 23 Quanyu Çjou Alfa Romeo +1 dövrə 2
14 23 Aleksander Elbon Williams +1 dövrə 2
15 22 Yuki Tsunoda AlphaTauri +2 dövrə 1
16 11 Serxio Peres Red Bull +2 dövrə 5
17 27 Niko Hülkenberq * Haas +2 dövrə 3
18 2 Loqan Sarcent * Williams +2 dövrə 3

 

*- Sarcentin nəticəsinə pit yolunda sürət həddini aşdığı üçün 5 saniyə əlavə edilib

*- Rassellin nəticəsinə trasa təhlükəli qayıtdığı üçün 5 saniyə əlavə edilib

*- Hülkenberqin nəticəsinə cəzasını düzgün ödəmədiyi üçün 10 saniyə əlavə edilib

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Kevin Maqnussen Haas 76 mexaniki problem
Ləns Stroll Aston Martin 55 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Fertappen Oracle Red Bull Racing 144
2 11 Serxio Peres Oracle Red Bull Racing 105
3 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 93
4 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 69
5 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 50
6 55 Karlos Sayns Scuderia Ferrari 48
7 16 Şarl Lekler Scuderia Ferrari 42
8 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 27
9 31 Esteban Okon BWT Alpine F1 Team 21
10 10 Pyer Qasli BWT Alpine F1 Team 14
11 4 Lando Norris McLaren F1 Team 12
12 27 Niko Hülkenberq MoneyGram Haas F1 Team 6
13 81 Oskar Piastri McLaren F1 Team 5
14 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 4
15 24 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 2
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 2
17 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 2
18 23 Aleksander Elbon Williams Racing 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 249
2 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 120
3 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 119
4 Scuderia Ferrari Ferrari 90
5 McLaren F1 Team Mercedes 35
6 BWT Alpine F1 Team Renault 17
7 MoneyGram Haas F1 Team Ferrari 8
8 Alfa Romeo F1 Team Stake Ferrari 6
9 Scuderia AlphaTauri Honda RBPT 2
10 Williams Racing Mercedes 1
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*