F-1.az xəbər verir ki, komandalar əsas diqqəti sıralanma turuna hazırlaşmağa yönəldərək bir gün əvvəl başlayan proqramı davam etdiriblər.
Bəzi insidentlər olsa da, sessiya rahat keçib. Okonun maşını güc qurğusu ilə bağlı problemlərə görə tuneldə dayanıb, lakin yenidən işə salınıb - Esteban hərəkətini davam etdirib, pitə qayıdıb və sonra yenidən trasa çıxıb. Lekler və Rassell maşına heç bir zərər dəyməyəcək şəkildə baryerə toxunublar.
50-ci dəqiqədə mühəndis Maqnussendən güc qurğusunda yaranan nasazlığa görə dərhal trasda dayanmağı xahiş edib. Kevin səkkizinci döngəyə çatmamış maşını saxlayıb, onun evakuasiyası üçün VTM rejimi elan edilib.
Bir neçə dəqiqə sonra sessiya qırmızı bayraqlarla dayandırılıb – Həmilton beşinci döngədə maneəyə çırpılaraq, ön asılqanını qırıb. Sessiya daha davam etdirilməyib.
Ən sürətli dövrə Maks Ferstappendən gəlib – 1:12.776.
Bizi bəlkə də, mövsümün ən gərgin sıralanma turu gözləyir…
ÜÇÜNCÜ SESSİYANIN NƏTİCƏLƏRİ
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:12.776 | – | 19 |
2 | 11 | Serxio Peres | Red Bull | 1:12.849 | + 0:00.073 | 24 |
3 | 18 | Ləns Stroll | Aston Martin | 1:12.942 | + 0:00.166 | 20 |
4 | 55 | Karlos Sayns | Ferrari | 1:13.261 | + 0:00.485 | 20 |
5 | 4 | Lando Norris | McLaren | 1:13.396 | + 0:00.620 | 21 |
6 | 10 | Pyer Qasli | Alpine | 1:13.453 | + 0:00.677 | 24 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:13.475 | + 0:00.699 | 19 |
8 | 44 | Lyuis Həmilton | Mercedes | 1:13.486 | + 0:00.710 | 17 |
9 | 31 | Esteban Okon | Alpine | 1:13.496 | + 0:00.720 | 18 |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:13.521 | + 0:00.745 | 20 |
11 | 63 | Corc Rassell | Mercedes | 1:13.590 | + 0:00.814 | 18 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:13.624 | + 0:00.848 | 13 |
13 | 27 | Niko Hülkenberq | Haas | 1:13.650 | + 0:00.874 | 16 |
14 | 14 | Fernando Alonso | Aston Martin | 1:13.697 | + 0:00.921 | 18 |
15 | 24 | Yuki Tsunoda | AlphaTauri | 1:13.738 | + 0:00.962 | 21 |
16 | 23 | Quaynyu Çjou | Alfa Romeo | 1:13.772 | + 0:00.996 | 20 |
17 | 2 | Loqan Sarcent | Williams | 1:13.851 | + 0:01.075 | 19 |
18 | 23 | Aleksander Elbon | Williams | 1:13.930 | + 0:01.154 | 23 |
19 | 81 | Oskar Piastri | McLaren | 1:13.998 | + 0:01.222 | 18 |
20 | 21 | Nik de Friz | AlphaTauri | 1:14.187 | + 0:01.411 | 24 |