F-1.az xəbər verir ki, demək olar ki, bütün trasa yeni asfalt qatı döşənib: birinci döngəyə girişdən 19-cü döngənin çıxışına qədər; səkkizinci döngənin çıxışından tunelin çıxışına qədər; 10-cu döngənin girişində; 15-ci döngəyə girişdən 17-ci döngənin çıxışına qədər.
Əvvəlki illərdə olduğu kimi, pilotlar start düzlüyündə arxa qanadın idarə olunan elementinin mövqeyini dəyişə biləcəklər.
Maşınlar arasındakı intervalın ölçülmə (deteksiya) nöqtəsi 16-cı döngədən 80 metr sonra, aktivləşmə (aktivasiya) nöqtəsi isə on doqquzuncu döngədən 18 metr sonra yerləşir.