Monako-2023: Sıralanma turu

Monakoda sıralanma turu ənənəvi olaraq həftəsonunun həlledici sessiyası sayılır. Dar küçə yollarında ötmə, demək olar ki, mümkün deyil, finişdəki yer isə start mövqeyindən və strategiyadan asılıdır. Eyni zamanda, poulun sahibi "kəsmə" üçün həssasdır - son iyirmi il ərzində burada yarışa ilk başlayan sürücü cəmi doqquz dəfə finişdə qələbə qazanıb.

F-1.az xəbər verir ki, qısa dövrədə nəticələr həmişə sıx olur, mübarizə 0.1 saniyələr uğrunda gedir. Bir az daha çox qazanmaq istəyi sizi riskə atmağa vadar edir və bəzən qəzaya gətirib çıxarır – Monakoda uğur və uğursuzluq arasında xətt çox incədir, sıralanma turu isə mövsümün ən maraqlılarından biri olur.

Hər üç sərbəst yürüş sessiyası qırmızı bayraqlarla dayandırılıb. Cümə gününü lider kimi başa vuran Ferstappen şənbə səhəri də ən yaxşı nəticə göstərib, lakin rəqiblər çox yaxın olublar.

İlk sessiyada sürücülərə trafik çox ciddi mane olub. Sürücülər ardıcıl dövrələr seriyasında işləyiblər, əvvəlcə sürətli – sonra yavaş – sonra daha bir sürətli dövrə, ona görə də öz qarşıalrında intervalı təmin etməyə çalışıblar.

Səkkizinci dəqiqədə qırmızı bayraqlar peyda olub – Peres birinci döngədə qəzaya uğrayıb. Sürücü xəsarət almayıb, lakin maşın yüksək sürətlə sol tərəfi ilə baryerlərə çırpılıb və trasın ortasında donub qalıb.

Bolid sürətlə təxliyə edilib, lakin baryerlərin təmiri vaxt aparıb. 10 dəqiqədən sonra sürücülər yenidən trasa çıxıblar.

Piastri maşına xəsarət yetirmədən divarlara toxunub. Ferstappen baryerdə aerodinamik kuzov dəstinin bir parçasını qoyub. Həmilton şikanı kəsdiyinə görə dövrəvi nəticəsi ləğv edilib.

Ferstappen 1:12.386 nəticə ilə protokollara başçılıq edib. İlk onluq 0.5 saniyəyə yerləşib. Sarcent, Maqnussen, Hülkenberq, Çjou və Peres mübarizəni tərk ediblər.

İkinci sessiyada Ferstappen dərhal yeni etalon təyin edib – 1:12.038.

Tsunoda şikandan əvvəl təkərlərə bloka saldığı üçün cəhdini yarımçıq dayandırıb. Stroll boksa qayıdarkən FİA tərəzisinə çıxmağı unudub. Okon maşına xəsarət yetirmədən ilk döngədə baryerlərlə təmas yaşayıb.

İkinci cəhddə isə Ferstappen bir qədər də sürətlənib – 1:11.908. Şikanın çıxışında Norris baryerə ilişib, sol ön asılqanı sındırıb və 12-ci döngədə sağ tərəfi ilə divara çırpılıb, amma maşını pitə çatdıra bilib və mexaniklərə təhvil verib.

Piastri, de Friz, Əlbon, Stroll və Bottas finala vəsiqə qazana bilməyiblər.

Finalda ilk cəhddə Alonso ən yaxşı vaxtı göstərib – 1:11.706, ikinci yeri tutan həmyerlisi Saynsı 0.03 saniyəə qabaqlayıb.

İkinci cəhddə Ferstappen 1:11.654 nəticə ilə protokollarda ilk sətrə yüksəlsə də, Okon daha sürətli – 1:11.553, sonra Lekler – 1:11.471, ardınca Alonso – 1:11.449 zirvəni ələ keçiriblər. Lakin boksdan təzə təkərlərlə trasa qayıdan Maks son sektorun hesabına liderliyi bərpa edib – 1:11.365.

Beləliklə, Maks Ferstappen knyazlığın küçələrində ilk, mövsümdə 3-cü və karyerasında 23-cü poulunu qazanıb.

Sabah yarışa Ferstappen və Alonso birinci, Lekler və Okon ikinci, Sayns və Həmilton isə üçüncü sıradan başlayacaqlar.

SIRALANMA TURUNUN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 1 1:12.386 12 1 1:11.908 9 1:11.365 9
2 14 Fernando Alonso Aston Martin 9 1:12.886 10 3 1:12.107 9 1:11.449 6
3 16 Şarl Lekler Ferrari 10 1:12.912 11 2 1:12.103 9 1:11.471 6
4 31 Esteban Okon Alpine 11 1:12.967 12 8 1:12.248 8 1:11.553 6
5 55 Karlos Sayns Ferrari 4 1:12.717 12 7 1:12.210 10 1:11.630 6
6 44 Lyuis Həmilton Mercedes 7 1:12.872 13 5 1:12.156 11 1:11.725 6
7 10 Pyer Qasli Alpine 13 1:13.033 12 6 1:12.169 7 1:11.933 6
8 63 Corc Rassell Mercedes 6 1:12.769 12 4 1:12.151 10 1:11.964 7
9 22 Yuki Tsunoda AlphaTauri 2 1:12.642 13 9 1:12.249 8 1:12.082 8
10 4 Lando Norris McLaren 8 1:12.877 12 10 1:12.377 7 1:12.254 4
11 81 Oskar Piastri McLaren 12 1:13.006 12 11 1:12.395 10
12 21 Nik de Friz AlphaTauri 15 1:13.054 11 12 1:12.428 9
13 23 Aleks Əlbon Williams 3 1:12.706 13 13 1:12.527 6
14 18 Ləns Stroll Aston Martin 5 1:12.722 12 14 1:12.623 7
15 77 Valtteri Bottas Alfa Romeo 14 1:13.038 13 15 1:12.625 9
16 2 Ləns Stroll Williams 16 1:13.113 13
17 20 Kevin Maqnussen Haas 17 1:13.270 9
18 27 Niko Hülkenberq Haas 18 1:13.279 8
19 24 Quanyu Çjou Alfa Romeo 19 1:13.523 13
20 11 Serxio Peres Red Bull 20 1:13.850 4
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*