Monako-2023: İkinci sərbəst yürüşlər

İlk məşqlərdə yenilikləri yoxlayan komandalar ikinci məşqlərdə diqqətlərini sıralanma turuna hazırlaşmağa yönəldiblər

F-1.az xəbər verir ki, Williams-ın mexanikləri ilk məşqlərdə qəza etmiş Elbonun maşınını sessiyanın əvvəlinə çatdıra bilməyiblər – maşında ön və arxa asmalarla yanaşı ötürmələr qutusunu da dəyişmək lazım gəlib və nəticədə ilk 40 dəqiqə itirilib. Norris də mufta pedalı düzəldildiyi üçün dərhal trasa çıxa bilməyib.

Hadisələr səhərə nisbətən daha az olub. Şarl sürətli dövrəyə hazırlaşarkən Sayns 15-ci döngədə az qala onunla toqquşacaqdı. Peres tunelin çıxışında şikanı iki dəfə, Rassell bir dəfə kəsərək Alonsonun narazılığına səbəb olub.

Hard və Medium təkərlərlə başlayan sürücülər daha sonra C5-lərə keçiblər və nəticələr yarım saniyədən çox yaxşılaşıb. Tsunoda maneəyə dəyib, təkəri deşilib və bir neçə saniyə sonra Saynsın maşını əvvəlcə maneəylə təmas edib, asılqanı qırıldıqdan sonra dayanıb və qırmızı bayraqların görünməsinə səbəb oldu. Sürücü komandadan üzr istəyib, maşını təxliyə edilib.

Maks Ferstappen 1:12.462 ilə protokollara başçılıq edib. Məşqlər sabah davam edəcək.

İKİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:12.462 30
2 16 Şarl Lekler Ferrari 1:12.527 + 0:00.065 33
3 55 Karlos Sayns Ferrari 1:12.569 + 0:00.107 22
4 16 Fernando Alonso Aston Martin 1:12.682 + 0:00.220 32
5 4 Lando Norris McLaren 1:12.906 + 0:00.444 18
6 44 Lyuis Həmilton Mercedes 1:12.960 + 0:00.498 29
7 1 Serxio Peres Red Bull 1:12.991 + 0:00.529 30
8 77 Valtteri Bottas Alfa Romeo 1:13.050 + 0:00.588 33
9 10 Pyer Qasli Alpine 1:13.089 + 0:00.627 28
10 31 Esteban Okon Alpine 1:13.162 + 0:00.700 30
11 18 Ləns Stroll Aston Martin 1:13.185 + 0:00.723 31
12 63 Corc Rassell Mercedes 1:13.191 + 0:00.729 32
13 24 Quanyu Çjou Alfa Romeo 1:13.354 + 0:00.892 32
14 20 Kevin Maqnussen Haas 1:13.457 + 0:00.995 28
15 27 Niko Hülkenberq Haas 1:13.520 + 0:01.058 33
16 22 Yuki Tsunoda AlphaTauri 1:13.641 + 0:01.179 22
17 21 Nik de Friz AlphaTauri 1:13.663 + 0:01.201 34
18 81 Oskar Piastri McLaren 1:13.673 + 0:01.211 30
19 23 Aleksander Elbon Williams 1:14.217 + 0:01.755 10
20 2 Loqan Sarcent Williams 1:14.238 + 0:01.776 33
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*