F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü hava günəşli olacaq, temperatur +24 dərəcəyə çatacaq. Şənbə günü maksimal hərarət 1 dərəcə aşağı olacaq və güclü yağış gözlənilir.
Bazar günü də yağıntı olmalıdır, lakin şənbə ilə müqayisədə daha yüngül olacağı gözlənilir.
Qeyd edək ki, keçən il bütün sessiyalar quru, yarış isə nəm trasda baş tutmuşdu.
Bazar ertəsi açıqlanan ilkin hava proqnozları bütün həftəsonu boyunca yağıntı olacağını göstərirdi.